İQTİSADİYYAT

Azərbaycanın "Doing Business" hesabatında mövqeyi daha da yaxşılaşdırılır

"Bu reytinqlərdə bizim mövqeyimiz nə qədər yaxşı olsa, biz xarici investorların və beynəlxalq təşkilatların Azərbaycana dəvət edilməsində daha uğurlu fəaliyyət göstərəcəyik"
Sputnik

BAKI, 30 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Müflisləşmə və iflas haqqında" qanunda, həmçinin Vergi Məcəlləsində dəyişiklik edilməsi məsələsinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, hər iki qanuna təklif olunan dəyişiklik Dünya Bankının "Doing Business" hesabatında "Müflisləşmənin həlli", "Vergilərin ödənilməsi" və "Əmlakın qeydiyyatı" indikatorları üzrə kreditorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi, habelə sərf olunan müddət, prosedur və xərclərin optimallaşdırılması məqsədilə hazırlanıb və ölkəmizin "Doing Business" hesabatında qeyd olunan indikatorlar üzrə mövqeyinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur.

Bu reytinqlərdə bizim mövqeyimiz nə qədər yaxşı olsa, biz xarici investorların və beynəlxalq təşkilatların Azərbaycana dəvət edilməsində daha uğurlu fəaliyyət göstərəcəyik.

Hər iki dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.