MƏDƏNİYYƏT

Tarkan ailəsinə görə bir milyondan imtina etdi

Pandemiya dövründə Almaniyada ailəsi ilə vaxt keçirən müğənniyə musiqili gecə üçün 1 milyon lirə qonorar vəd edilib. Tarkan isə təklifi qəbul etməyib.
Sputnik

BAKI, 30 dekabr — Sputnik. Meqastar Tarkan Yeni il gecəsi onlayn konsert təklifi alıb.

Sputnik Azərbaycan xəbər verir ki, pandemiya dövründə Almaniyada ailəsi ilə vaxt keçirən müğənniyə musiqili gecə üçün 1 milyon lirə qonorar vəd edilib. Tarkan isə təklifi qəbul etməyib.

Qeyd edək ki, sənətçi 6 ildən sonra ilk dəfə bayramı ailəsi ilə qeyd edəcək.