RUSİYA

Tanınmış aktyor yenidən ekranlara qayıtdı

Mixail Yefremov iyunun 8-də Moskvanın mərkəzində qəza törədib. Onun maşını əks yola çıxıb və qarşıdan gələn LADA markalı nəqliyyat vasitəsinə çırpılıb.
Sputnik

BAKI, 30 dekabr — Sputnik. Rusiyada TNT telekanalı Əməkdar artist Mixail Yefremovun rol aldığı "Polyot" (Uçuş) serialını yayımlayacaq.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, layihənin ssenari müəllifi və rejissoru Pyotr Todorovski deyib ki, sözügedən serial TNT-nin 2021-ci ildə təqdim edəcəyi ilk serial olacaq.

Serial uğursuz bir uçuşun bir neçə insanın həyatını köklü şəkildə dəyişdirməsindən bəhs edir.

Mixail Yefremovun (Jabenko) xarakteri asılılıqların öhdəsindən gəlməyə çalışacaq.

Xatırladaq ki, M.Yefremov iyunun 8-də Moskvanın mərkəzində qəza törədib. Onun maşını əks yola çıxıb və qarşıdan gələn LADA markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə nəticəsində LADA-nın sürücüsü Sergey Zaxarov ölüb. Bununla əlaqədar olaraq M.Yefremov səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.