MƏDƏNİYYƏT

Karantin onların hər birinə milyonlar qazandırdı

Striminq xidmətinin hazırda 197 milyon abunəçisi var və karantinə görə onlayn kontentə tələb çoxaldığına görə şirkətin gəlirləri artmaqda davam edir.
Sputnik

BAKI, 30 dekabr — Sputnik. "Netflix"in icraçı direktorları Rid HastinqsTed Sarandos cari ildə hər biri 34,7 milyon dollar (58 990 000 AZN) qazanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, onların gəlirinin gələn il də belə qalacağı gözlənilir.

Striminq xidmətinin hazırda 197 milyon abunəçisi var və karantinə görə onlayn kontentə tələb çoxaldığına görə şirkətin gəlirləri artmaqda davam edir.