FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Ağ öküz ili: 2021-ci ilin simvolu müasir dünyada

Sputnik

Çin təqviminə əsasən, 2021-ci ildə Ağ siçanın əvəzinə Ağ öküz gələcək. Çin təqviminin hər rəmzi heyvanının öz xüsusiyyətləri var. Şərqdə hesab edirlər ki, bütün il bu xüsusiyyətlərin əsasında keçəcək. Bəs 2021-ci ildə - Ağ öküz ilində bizi nə gözləyir?

Öküz daxili güc və özünəgüvənlik rəmzidir. Əsas xüsusiyyətlərindən biri - mühafizəkar olmağıdır. Bu il böyük işlər və hadisələr ili olacaq. Öküz nəcib heyvandır. Lakin lazım olanda o, tez və qəfildən hərəkət etməyi bacarır.

Bütün bu xüsusiyyətlərinə görə öküzü müasir simvolikada tez-tez görmək olar. Maşınların, idman komandalarının loqosunda, eləcə də rəssamların və heykəltaraşların əsərlərində. Hücum strategiyasına malik birja oyunçularını da "öküz" adlandırırlar.

Ümid edək ki, Öküz ilini xüsusi sarsıntı olmadan keçirəcəyik.

1 / 12
Nyu-Yorkda "Professional Bull Riders Monster Energy Buck Off" yarışının iştirakçısı
2 / 12
Uoll-Stritdə öküzün heykəli, ABŞ
3 / 12
San-Fermində öküz festivalı, İspaniya
4 / 12
San-Fermində yarmarkada korrida zamanı çiynində öküz tatusu olan qadın, İspaniya
5 / 12
Şanxayda italiyalı heykəltəraş Arturo Di Modikinin hücum edən öküz heykəli, Çin
6 / 12
Pekində qalereyada çinli heykəltaraş Çen Venlinqin dünya maliyyə böhranını tənqid edən öküz heykəli
7 / 12
Çakridə kənddə ənənəvi öküz yarışı, Pakistan
8 / 12
Red Bull komandasının pilotu Maks Ferstappen Formula-1 üzrə Bəhreyn Qran-Prisindən əvvəl məşq zamanı
9 / 12
Sant-Aqata-Bolonyezedə Lamborghini avtomobillərinin yığımı zavodu, İtaliya
10 / 12
Boqotada korrida əleyhinə etiraz aksiyasının iştirakçısı, Kolumbiya
11 / 12
Nimdə döyüş öküzü ilə ispan matadoru, Fransa
12 / 12
"Chicago Bulls" komandasının oyunçusu Maykl Cordan NBA finalında Solt_Leyk-Siti klubu üzərində qələbəni qeyd edir