BAKI, 29 dekabr — Sputnik. Rusiya və Türkiyə ABŞ-ın təzyiqinə baxmayaraq hərbi-texniki əməkdaşlığın inkişafına istiqamətləndiklərini təsdiqləyiblər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
"Rusiya Türkiyənin Dağlıq Qarabağla bağlı razılaşmaların həyata keçirilməsini təşviq etmək istəyini alqışlayır. Rusiya və Türkiyə Qarabağdakı vəziyyətin muzdluların regiona daxil olması istiqamətində istifadə olunmamasında həmrəydir".