CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda işsizlər üçün ayrılacaq vəsaitin həcmi bəlli oldu

Azərbaycanın 2021-ci il dövlət büdcəsində İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri bərabər olaraq 157 milyon 769 min 146 manat olacaq
Sputnik

BAKI, 29 dekabr — Sputnik. Gələn ilin dövlət büdcəsində İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri bərabər olaraq 157 milyon 769 min 146 manat nəzərdə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən "İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Bu da cari ilin proqnozu ilə müqayisədə 6,6 milyon manat və ya 4,3 faiz çoxdur.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Fondun gəlirlərinin böyük hissəsi, yəni 69 milyon manatı özünəməşğulluq tədbirlərinin təşkilinə həsr olunacaq. Bu da şəhid ailələrinin, Qarabağ qazilərinin məşğulluğunun təmin olunmasını təmin edəcək.