CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət bir qrup tələbənin təhsil haqqını ödədi

Pandemiya dövründə Nazirlər Kabineti "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə" qərar qəbul edib
Sputnik

BAKI, 29 dekabr — Sputnik. 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 24 147 tələbə e-telebe.edu.az portalına müraciət edib. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 15900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib.

Qeyd edək ki, pandemiya dövründə Nazirlər Kabineti tərəfindən "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə" qərar qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.