QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyə XİN Xocavənddə Ermənistanın atəşkəsi pozmasına münasibət bildirib

Türkiyə XİN-in bəyanatında qeyd edilib ki, Azərbaycan tərəfi erməni silahlı ünsürlərinin təxribatlarına qarşı özünümüdafiə hüququndan istifadə edərək qarşı tərəfə lazımi cavabı verib.
Sputnik

BAKI, 29 dekabr - Sputnik. “Dağlıq Qarabağda silahlarını yerə qoymağı və geri çəkilməyi rədd edən erməni ünsürlərin Azərbaycan Ordusuna qarşı Xocavənd rayonunda həyata keçirdiyi hücumlar 3 ölkə arasında qəbul edilən Bəyannamə əsasında müəyyən olunan atəşkəs rejiminin açıq-aşkar şəkildə pozulmasıdır”.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun Azərbaycanın Xocavənd rayonunda baş verən erməni təxribatları ilə bağlı açıqlamasında bildirilib.

RF Müdafiə Nazirliyi: Hadrutda atışma barədə məlumat yoxlanılacaq

Qeyd olunub ki, 10 noyabr 2020-ci il atəşkəs razılaşmasından sonra 26 noyabr, 8, 11 və sonuncu - 27 dekabr tarixlərində Ermənistanın atəşkəsi pozması nəticəsində həm hərbi və həm də mülki şəxslər arasında itkilər, yaralananlar olub: “Üçtərəfli razılaşmanı imzalayan ölkə olaraq bütün silahlı erməni ünsürlərin geri çəkilməsinin və atəşkəs rejiminə riayət edilməsinin məsuliyyətini Ermənistan daşıyır”.

Türkiyə XİN-in bəyanatında o da qeyd edilib ki, Azərbaycan tərəfi erməni silahlı ünsürlərinin təxribatlarına qarşı özünümüdafiə hüququndan istifadə edərək qarşı tərəfə lazımi cavabı verib: “Bölgədə daimi sülhün təsis olunması üçün Ermənistan həqiqətləri qəbul etməli və üçtərəfli razılaşma əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Hücumlarda həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa və bütün Azərbaycan xalqına başsağlığı diləyirik”.