RUSİYA

Rusiyanın məşhur pop müğənnisi vəfat edib

Vladimir Yefimenko 1977-ci ildə "Leysya, pesnya" vokal və instrumental ansamblının üzvü olub və ansamblın "qızıl" dəstində Rusiya və MDB-də qastrol səfərində çıxış edib. "Nikah üzüyü", "Haradasan", "Vida" və "Doğma torpaq" kimi bir çox hitlərə imza atıb.
Sputnik

BAKI, 29 dekabr — Sputnik. Sovet və rus pop müğənnisi, "Leysya, pesnya" ("Лейся, песня") vokal və instrumental ansamblının solisti Vladimir Yefimenko 66 yaşında vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Instagram"dakı VİA səhifəsində məlumat verilib.

Qeyd edək ki, Vladimir Yefimenko 1977-ci ildə "Leysya, pesnya" vokal və instrumental ansamblının üzvü olub və ansamblın "qızıl" dəstində Rusiya və MDB-də qastrol səfərində çıxış edib. "Nikah üzüyü", "Haradasan", "Vida" və "Doğma torpaq" kimi bir çox hitlərə imza atıb.