RUSİYA

Rusiyada bir gündə 550-dən çox şəxs koronavirusdan öldü

Rusiyada pandemiya yayılandan 55827 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 2496183-ə çatıb.
Sputnik

BAKI, 29 dekabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 27002 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 562 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3105037-yə çatıb. Rusiyada pandemiya yayılandan 55827 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 2496183-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 81,2 milyonu keçib, 1,77 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.