Mövlud Çavuşoğlu Lavrova görüşdən sonra Ceyhun Bayramovla zəngləşib

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya - Türk Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci iclasında iştirak etmək üçün Soçiyə gedib.
Sputnik

BAKI, 29 dekabr - Sputnik. Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya - Türk Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci iclasında iştirak etmək üçün Soçiyə gedib. Orada o, rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.