İQTİSADİYYAT

Mərkəzi Bank zәrurət yarananda valyuta bazarını tarazlaşdırmaq üçün tәdbir görəcәk

Mərkəzi Bankın 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında bildirilir ki, zәruri hallarda valyuta bazarını tarazlaşdırmaq üçün qabaqlayıcı tәdbirlәr görülәcәkdeyilir
Sputnik

BAKI, 29 dekabr — Sputnik. Zәruri hallarda bundan sonra da valyuta bazarında tarazlığı tәmin etmәk üçün hökumәtlә birlikdә qabaqlayıcı tәdbirlәr görülәcәk.

Sputnik Azərbaycanxəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, valyuta tәnzimlәnmәsinin optimallaşdırılması işlәri 2021-ci ildә dә diqqәtdә saxlanılacaq və digәr lövbәr olan pul tәklifi iqtisadi artım vә inflyasiya proqnozları, habelә maliyyә bazarlarında proseslәr nәzәrә alınmaqla tәnzimlәnәcәk.

Bundan əlavə, hәdәflәrә nail olmaq üçün perspektivdә dә AMB-in bütün alәt vә mexanizmlәrdәn adekvat istifadә edәcәyi və verdiyi siyasәt qәrarlarının ardıcıllığı vә effektivliyini diqqәtdә saxlayacağı deyilir.