SƏHİYYƏ

Azərbaycanda koronavirusdan vəfat edən müəllimlərin sayı açıqlanıb

Bakıda ümumi təhsil müəssisələrindən 1 direktor və 18 müəllim koronavirus infeksiyasından vəfat edib.
Sputnik

BAKI, 29 dekabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib. Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və Vətən müharibəsi iştirakçısı olmuş paytaxt müəllimləri iştirak ediblər.

M.Vəliyeva çıxışı zamanı BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən 1 direktor və 18 müəllimin koronavirus infeksiyasından vəfat etdiyini bildirib. Vəfat edənlərə rəhmət diləyən İdarə müdiri belə faciəli nəticələrdən qorunmaq üçün hər kəsin müvafiq qaydalara əməl etməsinin zəruriliyini vurğulayıb.