BAKI, 28 dekabr — Sputnik. "Eurovision" iştirakçılarımızdan olan Səfurə Əlizadə uzun zamandan sonra yenidən mahnı ifa edib. Sputnik Azərbaycan xəbər verir ki, Səfurə Əlizadə həyat yoldaşının ad günündə müğənni Samir Piriyevlə birlikdə "Sarı gəlin" mahnısını səsləndirib.
Uzun illərdən sonra mahnı oxuyan müğənni videonu "Instagram" səhifəsində paylaşıb.