RUSİYA

Rusiyaya məxsus gəmi dənizdə batdı, itkin düşənlər var

Gəmi heyətinin rusiyalılardan ibarət olduğu bildirilir. Hazırda hadisə yerində axtarış işləri aparılır.
Sputnik

 

BAKI, 28 dekabr — Sputnik. Rusiyaya məxsus "Oneqa" gəmisi Barents dənizində batıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, hadisə baş verən vaxt gəminin göyərtəsində 19 nəfər olub.

Ekipaj üzvlərindən cəmi 2 nəfəri xilas etmək mümkün olub. İlkin məlumata görə gəmi buzlaşma nəticəsində batıb.

Gəmi heyətinin rusiyalılardan ibarət olduğu bildirilir. Hazırda hadisə yerində axtarış işləri aparılır.