Qalmaqallı direktor işdən qovuldu

187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib.
Sputnik

BAKI, 28 dekabr — Sputnik. Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova işdən çıxarılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib.