RUSİYA

Mövlud Çavuşoğlu Rusiyaya gedir

Türkiyə XİN: Ortaq Strateji Planlaşdırma Qrupunun iclasında iki ölkə arasındakı qarşılıqlı münasibətlərlə yanaşı, regional və beynəlxalq vəziyyətlə əlaqədar hərtərəfli fikir mübadiləsi də aparılacaq.
Sputnik

BAKI, 28 dekabr — Sputnik. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak etmək üçün dekabrın 29-da Rusiyaya səfər edəcək. Sputnik Azərbaycan-ın CNN Türk-ə istinadla verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir. Açıqlamada qeyd olunur ki, Soçidə keçiriləcək iclasa M.Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birlikdə rəhbərlik edəcək.

"Ortaq Strateji Planlaşdırma Qrupunun iclasında iki ölkə arasındakı qarşılıqlı münasibətlərlə yanaşı, regional və beynəlxalq vəziyyətlə əlaqədar hərtərəfli fikir mübadiləsi də aparılacaq. İclasın sonunda isə Türkiyə və Rusiya xarici işlər nazirlikləri arasında 2021-2022-ci illər üzrə Məşvərət Planı imzalanacaq", - deyə açıqlamada bildirilir.