Azərbaycanla Ermənistan arasında növbəti əsir mübadiləsi aparılıb

Ermənistanda əsir saxlanılan iki azərbaycanlı və Azərbaycanda saxlanılan dörd erməni müvafiq olaraq qarşı tərəfə təhvil verilib.
Sputnik

BAKI, 28 dekabr - Sputnik. Azərbaycan ilə Ermənistan növbəti dəfə qarşılqlı olaraq əsirləri təhvil veriblər.

RİA Novosti xəbər verir ki, bunu Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov məlumat verib.

Onun dediyinə əsasən, Ermənistanda əsir saxlanılan iki azərbaycanlı və Azərbaycanda saxlanılan dörd erməni müvafiq olaraq qarşı tərəfə təhvil verilib. Həmin şəxslər Rusiya Hərbi-Kosmik Qüvvələrinin təyyarələri vasitəsilə daşınıb.

Oktyabrın əvvəlində girov götürülən Ermənistan vətəndaşı Aznif Baqdasaryan da təhvil verilənlər sırasındadır.