SƏHİYYƏ

Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad edilir

Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Sputnik

BAKI, 28 dekabr — Sputnik. Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad edilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı zamanı 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV tutulmayacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.