İsveçrədə bir gecədə yüzlərlə turist yoxa çıxıb

Bundan bir müddət əvvəl isə, Böyük Britaniyada aşkar edilən koronavirusun yeni ştammının İsveçrədə də tapıldığı bildirilmişdi.
Sputnik

BAKI, 28 dekabr — Sputnik. İsveçrənin məhşur Verbier xizək kurortundakı hotellərin birindən yüzlərlə britaniyalı turist yoxa çıxıb və bir-biri ilə əlaqəni kəsib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniyadan məcburi karantin əmri alan 350-dən çox turist hoteldən qaçıb. Hotel sahibləri qonaqlar üçün göndərdikləri səhər yeməklərinin toxunulmamış qaldığını görüb, onlarla əlaqə saxlaya bilmədikləri üçün polisə müraciət ediblər.

Turistlərin gecə saatlarında hoteldən ayrıldıqları güman edilir.

Buna baxmayaraq, səlahiyyətlilər britaniyalıların hara qaçdıqları barədə məlumatsızdırlar. Çünki İsveçrədən uçuşların sayı xeyli azaldılıb. Karantin pozuntusuna görə cərimənin 10 min İsveçrə frankına (demək olar ki, 830 min rubl- 18 min manat ) çata biləcəyi bildirilir.

Bundan bir müddət əvvəl isə, Böyük Britaniyada aşkar edilən koronavirusun yeni ştammının İsveçrədə də tapıldığı bildirilmişdi. Koronavirusun "Britaniya" növünün yayılması səbəbindən İsveçrə səlahiyyətliləri Britaniya ilə uçuşları dayandırdı. Və dekabrın 14-dən sonra ölkədən uçan hər kəs üçün məcburi on günlük karantin tətbiq etdilər.