SƏHİYYƏ

Yeni ildə bu dərmanlara ehtiyacınız ola bilər

Yeməkdən həddən artıq istifadə qanın qatılığını artıraraq qaraciyərin yüklənməsinə səbəb olur. Odur ki, bayram günlərində mütləq əlimizin altında bəzi tibbi vasitələr olmalıdır.
Sputnik

BAKI, 27 dekabr — Sputnik. Bir ildir dünyanı cənginə almış koronavirus, az qala, digər xəstəlikləri bizə unutdursa da, bayramqabağı sağlamlıqla bağlı yaşana biləcək başqa problemlər də yada düşür. Odur ki, terapevt Lyudmila Lapa Yeni ildə evinizdəki təcili yarım çantasından bəzi dərmanları əskik etməməyi məsləhət görür. Onun sözlərinə görə, Yeni il gecəsi tibbi çantada mütləq aspirin və sorbent preparatları olmalıdır.

"Nəzərə alsaq ki, Yeni il bayramında çox yeyib-içirik, sonradan baş verə biləcək intoksikasiya hallarının qarşısını almaq üçün sorbent preparatları (aktiv kömür və s.) qəbul etmək olar", - deyə həkim RT-yə müsahibəsində bildirib.

Mütəxəssis, həmçinin xatırladıb ki, yeməkdən həddən artıq istifadə qanın qatılığını artıraraq qaraciyərin yüklənməsinə səbəb olur. Odur ki, bayram günlərində əlimizin altında aspirin kimi qanı duruldan tibbi vasitələrin olmasında fayda var.