BAKI, 27 dekabr - Sputnik. Çinin şimal-şərqində yerləşən Liaoninq vilayətinin Kaiyuan şəhərində naməlum şəxs bıçaqla insanlara hücum edib.
APA-nın verdiyi məlumatına əsasən, hadisə nəticəsində 7 nəfər aldığı bıçaq zərbəsindən dünyasını dəyişib.
Daha 7 nəfərin yaralandığı bildirilir.
Yerli polisdən bildirilib ki, hadisəni törədən şəxs həbs olunub, lakin cinayətin təfərrüatı barədə açıqlama verilməyib.
Agentliyin məlumatına görə, Çində belə hadisələrə nadir hallarda rast gəlinir: “Bu cür hadisələr ya psixi cəhətdən xəstə insanlar tərəfindən törədilir, yaxud da qisas məqsədilə”.
Cinayətkarın zərərsizləşdirilməsi zamanı bir polis zabitinin yaralandığı bildirilib.