ELM

Yadplanetlilərin yaşayış məskənləri aşkar edilib

Mümkün olan yadplaneli mədəniyyət "Süd Yolu" mərkəzindən dörd min parsek (bir parsek 3.2 işıq ilinə bərabərdir) məsafədə yerləşən halqa bölgəsində yaşayır.
Sputnik

BAKI, 27 dekabr — Sputnik. Kaliforniya Texnologiya İnstitutu, NASA-nın Reaktiv Hərəkət Laboratoriyası və Santyaqo Liseyi alimləri "Süd Yolu"nda yadplanetli mədəniyyətlərin ən çox ehtimal olunan yaşayış yerlərini təyin ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatçılar ağıllı varlıqların özünü məhv etməsi kimi bir amili də nəzərə alıblar. Yadplanetlilərin sivilizasiyalarının yayılmasını və yaşını qiymətləndirmək üçün mütəxəssislər abiogenez (canlı təbiətin cansızdan yaranması) ehtimalını, təkamül dəyişikliklərinin sürətini və bir sivilizasiyanın ölmə ehtimalını nəzərə alan qalaktik simulyasiya modelindən istifadə ediblər.

Son parametrin ağıllı sivilizasiyaların sayına və yaşlarına ən çox təsir etdiyi müəyyən edilib.

Simulyasiya nəticələrinə görə, mümkün olan yadplaneli mədəniyyət "Süd Yolu" mərkəzindən dörd min parsek (bir parsek 3.2 işıq ilinə bərabərdir) məsafədə yerləşən halqa bölgəsində yaşayır.

Eyni zamanda, zaman keçdikcə daha çox sivilizasiya yox olur, lakin "Süd Yolu"nun daxili bölgələri ən sıx məskunlaşma yeri olaraq qalır. Bundan əlavə, ağıllı həyat formalarının əksəriyyəti gəncdir və bu da onları aşkarlamağı çətinləşdirir.

Qeyd edək ki, qalaktikanın mərkəzindən Günəşə olan məsafə 8,5 min parsekdir.