BAKI, 27 dekabr - Sputnik. Bu gün Türkiyənin Elazığ bölgəsində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
APA bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Zəlzələnin 15,94 kilometr dərinlikdə baş verdiyi qeyd olunur.
Daxili işlər naziri Süleyman Soylu bildirib ki, indiyə kimi itki və dağıntı barədə məlumat yoxdur.