CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müğənni Azərbaycan həqiqətlərinin yer aldığı geyimi nümayiş etdirib

Yaxın günlərdə bu isti geyimlər Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin mülkü vətəndaşlarına qarşı törətdiyi hərbi cinayət və terror aktları nəticəsində Gəncə şəhəri, Bərdə və Tərtər rayonlarında evləri dağılmış soydaşlarımıza çatdırılacaq.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. "Davam" Gənclər Hərəkatının təşəbbüsü ilə Türkiyə Respublikasında "BLACKGARDEN" adlı start-up geyim markası fəaliyyət göstərməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə müğənni Nura Suri özünün "Facebook" səhifəsində yazıb. Bu markanın özəlliyi ondan ibarətdir ki, istehsal olunan məhsulların üzərində Azərbaycan həqiqətləri yer alacaq. İlk istehsal olunan isti geyimlər tam təmənnasız olaraq artıq Bakıya göndərilib.

Qeyd edək ki, "BLACKGARDEN" start-up markasının fəaliyyətə başlaması üçün ilkin investisiya markanın həmtəsisçiləri, Azərbaycana böyük sevgi bəsləyən, "Davam" Gənclər Hərəkatının dostları Yusuf Sivri, Ezgi Ayda, Ahmet Donan və Ahmet Alican Arslan tərəfindən qoyulub.