RUSİYA

Yaşlı şəxslərə də koronavirus peyvəndinin vurulmasına icazə verilib

Bununla da "Sputnik V" peyvəndindən 18 və daha yuxarı yaşda olan şəxslərin istifadəsinə icazə verilib
Sputnik

BAKI, 26 dekabr — Sputnik. "Sputnik V" koronavirus əleyhinə peyvənd 60 yaşdan yuxarı şəxslərin vaksinasiyası üçün də təsdiqlənib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

"Səhiyyə Nazirliyi tibbi istifadəyə dair təlimatlardakı dəyişiklikləri təsdiqləyib. Bununla da "Sputnik V" peyvəndindən 18 və daha yuxarı yaşda olan şəxslərin istifadəsinə icazə verilib. Beləliklə, artıq 60 yaşdan yuxarı vətəndaşlar yeni koronavirus infeksiyasına qarşı peyvənddən istifadə edə bilərlər", - deyə nazir qeyd edib.