BAKI, 26 dekabr — Sputnik. "Bir neçə gün öncəyə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 4 mindən çox idi. Bu tendensiya bir-iki həftə davam etdi. Sanki bu, həmin dediyimiz pik vəziyyət idi. İndi pik vəziyyətdən sonra getdikcə azalmalar müşahidə edilir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov "Real tv"yə açıqlamasında deyib.
"Burada, sözsüz ki, görülmüş əks-epidemik tədbirlərin böyük əhəmiyyəti var. İnsanların da tələb olunan qayda-qanunlara riyaət etməsi, müəyyən qadağaların tətbiq olunması, müxtəlif müəssisələrin bağlanması, iş rejiminin məhdudlaşdırılması və s. kompleks tədbirlər nəticəsində hər gün yoluxma sayında azalmalar, bəzən isə kəskin azalmalar müşahidə edilir", - o bildirib.