RUSİYA

Rusiyada koronavirusdan ölənlərin sayı 50 mini ötdü

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 79,7 milyonu keçib, 1,75 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Sputnik

BAKI, 26 dekabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 29258 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 567 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3021964-ə çatıb. Rusiyada pandemiya yayılandan 54226 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 2426439-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 79,7 milyonu keçib, 1,75 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.