CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubanın polis rəisi işdən azad edildi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qubanın polis rəisi işdən azad edilib
Sputnik

BAKI, 26 dekabr — Sputnik. Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Quba Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Süleyman Nemətov vəzifəsindən azad edilərək, Suraxanı Rayon Polis Şöbəsinə (RPŞ) rəis vəzifəsinə təyin olunub.

Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti təsdiq edib.