İQTİSADİYYAT

Dolları kimdən almalı?

Müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir
Sputnik

BAKI, 26 dekabr — Sputnik. Mərkəzi Bank ölkədə "qara bazar"ın fəaliyyəti bağlı açıqlama yayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qurumdan məlumat verilib.

"Ölkədə valyuta satışı üzrə "qara bazar"ın fəaliyyət göstərməsi ilə bağlı ictimaiyyətdə yayılan yanlış fikirlərə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunvericiliklə nəzərdə tutulmuş qaydada valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik olan banklar və valyuta mübadiləsi məntəqələri üzərində nəzarəti həyata keçirir. Müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir və bu fəaliyyətin qarşısının alınması səlahiyyətli orqanlar tərəfindən təmin edilir", - deyə məlumatda qeyd olunub.