CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantində dərs keçən müəllimlərə cəza verdilər

Elmar Səfiyevin icarə əsasında işlətdiyi tədris mərkəzinin fəaliyyəti dayandırılıb Elmar Səfiyevin icarə əsasında işlətdiyi tədris mərkəzinin fəaliyyəti dayandırılıb
Sputnik

BAKI, 26 dekabr — Sputnik. Xaçmazda karantin rejimini pozaraq fəaliyyət göstərən tədris müəssisəsi müəyyən olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.

Məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən vətəndaş Elmar Səfiyevin icarə əsasında işlətdiyi tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki yeniyetmələr ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

E.Səfiyevin və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.