FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Həftənin maraqlı anları: küçədə tanqo, Saturnla Yupiterin görüşü, gözəllik - FOTO

Sputnik

Yola saldığımız həftə müxtəlif hadisələrlə zəngin olub. Bütün dünya hələ də koronavirus pandemiyası ilə savaşdadır. 1.7 milyon insanın həyatına son qoyan virusun Böyük Britaniyada yeni mutasiyası aşkarlanıb. Yeni ştamm 70% daha yoluxucu olduğundan ölkə rəhbərliyi sərt qərarlar qəbul etməyə məcbur qalıb.

Havayda planetin ən aktiv vulkanı olan Kilauea oyanıb. Odlu lavanın işığı kilometrlərlə uzaqdan görünüb, vulkan püskürməsi isə zəlzələ ilə müşayiət olunub.

Kosmosda da nadir hadisələrdən biri yaşanıb - iki nəhəng planet- Yupiterlə Saturn yaxınlaşıb.

Keçən həftə dünyanın necə yaşadığını bir daha xatırlamaq üçün sizi dünyanın müxtəlif yerlərindən toplanan fotoşəkillərə baxmağa dəvət edirik. Dünya xəbər agentliklərinin fotomüxbirləri tərəfindən çəkilən unudulmaz hadisələr, eyni zamanda duyğulu anlar - Sputnik Azərbaycan-ın həftəlik fotokolleksiyasında.

1 / 26
Kilauea vulkanının oyanması, Havay
2 / 26
Miss Fransa 2021 gözəli Miss Normandiya Amandin Peti (solda) və Miss Fransa-2020 Klemans Botino
3 / 26
Qızıl Məbədin müqəddəs sularında çimən siqh
4 / 26
Çinin Henlunqszyan əyalətində mənfi 30 dərəcə şaxtada pilonda rəqs üzrə yarış
5 / 26
Nepalda etiraz aksiyası
6 / 26
Filippində, San-Fransiskoda daşqın zamanı insanlar trisiklləri itələyirlər
7 / 26
Santa-Klaus paltarında Mosul küçələri ilə velosiped sürən qız, İraq
8 / 26
Böyük Britaniyada yolda qalan yük maşınları
9 / 26
Co Baydenə COVID-19 vaksini vururlar
10 / 26
Cakarta akvariumunda dalğıc Milad ağacının yanı ilə üzür
11 / 26
Milad zamanı lokdaun ərəfəsində sakinlər Roma küçələrində tanqo oynayırlar, İtaliya
12 / 26
Bəsrədə hökumət əleyhinə etirazlar, İraq
13 / 26
Yerusəlimdə ultraortodoksların nümayişi, İsrail
14 / 26
Taybeydə moda defilesində işlənmiş materialdan olan geyimi nümayiş etdirən model, Tayvan
15 / 26
Haynan əyalətindəki Vençan kosmodromundan Long March-8 raketinin buraxılışı, Çin
16 / 26
Hospitala yerləşdirilən COVID-19 xəstəsi olan uşaq plastik müdafiə örtüyündən atasının əlinə toxunur, Roma xəstəxanası, İtaliya
17 / 26
İraqda xristianlar ocaq başında ayin icra edirlər
18 / 26
Podmoskovyedə "Russkaya Alyaska" kəndində haskilər
19 / 26
Londondakı Waitrose and Partners supermarketində növbə, Böyük Britaniya
20 / 26
Dehli və Uttar Pradeş ştatlarının sərhədində yeni fermer qanunlarına qarşı etirazlar zamanı fermer oğlu traktorda yatır, Hindistan
21 / 26
Yupiterlə Saturnun "görüşü" Kanzas ştatı üzərində
22 / 26
Şrinaqarda alverçilər səhər çağı
23 / 26
Qolueydə ticarət küçəsində ulaq və qız, İrlandiya
24 / 26
Havana sakini küçədə idmanla məşğul olur, Kuba
25 / 26
Suriyanın Rəqqa şəhərində manekenlərin yanında dayanmış qadın
26 / 26
Santa-Klaus geyimli insanlar Batrun yaxınlığında istirahət edirlər, Livan