BAKI, 26 dekabr — Sputnik. Ötən gecə Xalq artistləri, müğənni Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə, aktrisa Mehirban Zəki 28 ildən sonra ilk dəfə işğaldan azad olunmuş Şuşa şəhərinə konsert proqramı üçün yola düşüblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Facebook"da məlumat verilib.
Qeyd edək ki, bir neçə gün öncə Şuşaya gedən məşhurlar Xalq artisi Tünzalə Ağayeva, Əməkdar artistlər Abbas Bağırov, Təyyar Bayramov, Almaz Orucova və müğənni Azad Şabanov da konsert proqramı ilə çıxış etmişdilər.