TƏHLİL

Azər Həsrət: “Prezident İlham Əliyevin çıxışları yerli kanallara marağı artırdı”

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, müharibə dövründə televiziya kanallarımızın fəaliyyəti Türkiyə televiziyalarından geri qalırdı
Sputnik

Milli Televiziya və Radio Şurasında ümumölkə televiziya kanallarının xəbər departamentlərinin rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan televiziya kanallarının müharibə dövründə fəaliyyəti ümumən müsbət qiymətləndirilib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, televyalarımızın müharibə dövründəki fəaliyyəti böyük hesabla müsbət dəyərləndirilə bilər:

“Ancaq müqayisəli yanaşdıqda bizim televiziya kanallarmızın fəaliyyəti Türkiyə televiziyalarından geri qalırdı. Hadisələr Türkiyə televiziyalarında canlı yayımlandığı halda bizim kanallarda məlumat verilmirdi. Bu baxımdan kanllarımız geri qalırdı. İlk günlərdəki təcrübəsizlik özünü göstərsə də, daha sonra həmkarlarımız vəziyyəti düzgün dəyərləndirməyi bacardılar. Xüsusən də Ali Baş Komandan İlham Əliyevin çıxışları bizim yerli televiziya kanallarına marağı artırdı. Artıq müharibə bitib, quruculuq dövrünə qədəm qoymuşuq. Televiziyalarımız həmin maraq və diqqəti itirməkdədirlər”.

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz