İQTİSADİYYAT

"Ən nüfuzlu 500 insan" arasında bir türk də var

Ilıcalı "Amazon"un qurucusu Ceff Bezos, "Netflix"in sahibi Reed Hastings kimi biri-birindən uğurlu iş adamlarının arasında yer alıb. Qeyd edək ki, Acun Ilıcalı 3-cü dəfədir ki, həmin siyahıya daxil olub
Sputnik

BAKI, 26 dekabr — Sputnik. Dünyaca məşhur "Variety" jurnalı "Ən nüfuzlu 500 insan"ın siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların arasında Türkiyədən sadəcə "TV8" telekanalının sahibi Acun Ilıcalı olub.

Ilıcalı "Amazon"un qurucusu Ceff Bezos, "Netflix"in sahibi Reed Hastings kimi biri-birindən uğurlu iş adamlarının arasında yer alıb.

Qeyd edək ki, Acun Ilıcalı 3-cü dəfədir ki, həmin siyahıya daxil olub. Bundan öncə 2018, 2019-cu illərdə də həmin siyahıda yer almışdı.