BAKI, 26 dekabr - Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Almaz Mustafayeva vəfat edib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə teatın mətbuat xidmətinin rəhbəri Pərvin Nurullayeva məlumat verib. O, aktirsanın uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildirib.
Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.
“Sehirli xalat”, “Yeddi oğul istərəm”, “Aktirsanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” və başqa filmlərdə çəkilib.
Allah rəhmət eləsin!