SƏHİYYƏ

Onun da başını əzirik: Azərbaycanda koronavirusa gündəlik yoluxma azaldı

İndiyədək ölkədə ümumilikdə 213192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 164500 nəfər müalicə olunaraq sağalıb, 2454 nəfər vəfat edib
Sputnik

BAKI, 26 dekabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1428 yeni yoluxma faktı qeydə alınıb, 4255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 213192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 164500 nəfər müalicə olunaraq sağalıb, 2454 nəfər vəfat edib, aktiv xəstə sayı 46238 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12507, ötən müddət ərzində isə ümumilikdə 2 141 798 test aparılıb.