SƏHİYYƏ

İlk vaksini 101 yaşlı qadına vurdular

Almaniya Səhiyyə Nazirliyinin qəbul etdiyi milli plana görə,  peyvəndləmə dekabrın 27-də başlamalıdır
Sputnik

BAKI, 26 dekabr – Sputnik. Almaniyada koronavirus əleyhinə ilk peyvəndi Saksoniya-Anhalt federal torpağında, qocalar evində yaşayan 101 yaşlı qadına vurublar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə BILD tabloidi yazıb.

Bundan sonra qocalar evinin digər sakinləri, eləcə də işçi heyət peyvəndlənib.

Biontech/Pfizer vaksininin ilk  partiyası Almaniyaya bu gün gətirilib. Şimali Reyn-Vestfaliyanın rəhbəri Armin Laşetin sözlərinə görə, bu partiya 16 federal torpaq arasında bərabər qaydada bölünəcək. Almaniya Səhiyyə Nazirliyinin qəbul etdiyi milli plana görə,  peyvəndləmə dekabrın 27-də başlamalıdır. İlk növbədə 80 yaşdan yuxarı insanlar, qocalar evlərinin işçiləri və orada yaşayanlar, eləcə də risk zonasında hesab olunan reanimasiya və qəbul şöbələrinin tibbi heyəti peyvənd olunacaqlar.