Təhsil Nazirliyi məktəbəqədər təhsilə cəlb edilən uşaqların sayını açıqlayıb

Pandemiya dövründə "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə "Mədəniyyət" kanalında "Oynayırıq və öyrənirik" adlı teledərslər nümayiş olunub.
Sputnik

BAKI, 25 dekabr — Sputnik. 2020-ci ildə icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb edilən uşaqların sayı açıqlanıb. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu il ölkə üzrə 50 rayon və şəhərdə təşkil edilən, ümumi sayı 500-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 9207 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib.

Pandemiya dövründə "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə "Mədəniyyət" kanalında "Oynayırıq və öyrənirik" adlı teledərslər nümayiş olunub.