MƏDƏNİYYƏT

"Kurtlar vadisi" sevərlərə müjdəli xəbər - serial yenidən başlayacaq

Hazırda serialın ssenarisinin yazıldığını söyləyən Necati Şaşmaz, "Kurtlar Vadisi Kaos"un ilk fraqmentlərinin yaxın günlərdə yayımlanacağını deyib
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Uzun illərin əfsanə serialı "Kurtlar Vadisi" tamaşaçıların istəyi ilə yenidən davam edəcək.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ən son qərarı "Kurtlar Vadisi"nin "Polat Alemdar"ı Necati Şaşmaz açıqlayıb. Onun sözlərinə görə, "Kurtlar Vadisi  Kaos" adlı yeni serial 2021-ci ilin fevralında Show TV-də başlayacaq.

Hazırda serialın ssenarisinin yazıldığını söyləyən Necati Şaşmaz, "Kurtlar Vadisi Kaos"un ilk fraqmentlərinin yaxın günlərdə yayımlanacağını deyib.

"Polat Alemdar" "7-dən 70-yə hər kəsi ekran qarşısına kilitləməyə gəlirik" söyləyərək əfsanə serialın davam etməsini istəyən və gözləyən hər kəsə minnətdarlığını bildirib.