MƏDƏNİYYƏT

Engin Altan Düzyatan tanınmış məşqçi haqqında film çəkməyə hazırlaşır

Hazırda Mustafa Dənizlinin obrazını ifa edəcək aktyorun axtarışına çıxan Engin Altan Düzyatan, o biri tərəfdən də "Barbaros" serialında ifa edəcəyi rola hazırlaşır
Sputnik

BAKI, 25 dekabr — Sputnik. "Diriliş Ərtoğrul" serialının məşhur ulduzu, aktyor Engin Altan Düzyatan serialın başa çatmasının ardından rejissor kimi çəkiliş meydançasına daxil olacaq.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ortağı Cavit Çetinlə birlikdə qurduqları film şirkətində sənədli filmlər çəkməklə məşğul olan Engin Altan Düzyatan, növbəti filmini tanınmış futbol adamı Mustafa Dənizliyə həsr edəcək.

Hazırda Mustafa Dənizlinin obrazını ifa edəcək aktyorun axtarışına çıxan Engin Altan Düzyatan, o biri tərəfdən də "Barbaros" serialında ifa edəcəyi rola hazırlaşır.