“Bank faizlərinin aşağı salınması tendensiyası çox əhəmiyyətlidir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmovbildirib.
O deyib ki, yeni verilmiş kreditlər üzrə faizlər son iki ildə 5 faizdən çox aşağı düşüb:
“Təbii ki, bu amil bank və istehlak kreditlərinin faizlərinin aşağı düşməsinə gətirib çıxarmalıdır. Digər tərəfdən və ən əsası, biznes kreditlərinin faizinin aşağı düşməsi kiçik və orta müəssisələr üçün də əlçatan olmalıdır. Bu, onlar üçün öz bizneslərini qurmaq baxımından çox əlverişli olacaqdır. Bank faizlərinin aşağı düşməsi prosesi təkcə Mərkəzi Bank tərəfindən görülmüş işlərlə kifayətlənməməlidir. Biz çalışmalıyıq ki, digər qurumlarla birlikdə bu riskləri əhəmiyyətli dərəcədə azaldaq. Biz bu islahatları daha da dərinləşdirməliyik”.
Elman Rüstəmovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz