CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəlilabad və Şabran sakinləri qanunsuz ov edərkən yaxalanıblar

Onlardan müvafiq sənədləri olmayan "TOZ-12" və "TOZ-16" markalı ov tüfəngləri və 8 ədəd çöl quşu götürülüb.
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Daxil olan məlumat əsasında Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 24-də Uzuntəpə kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri S.Həsənov və E.Qurbanov saxlanılıblar. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, onlardan müvafiq sənədləri olmayan "TOZ-12" və "TOZ-16" markalı ov tüfəngləri və 8 ədəd çöl quşu götürülüb.

Eyni zamanda Şabran rayonu, Əmirxanlı kəndi ərazisində isə qanunsuz ov edən kənd sakini R.Məmmədov saxlanılıb.

Ondan "MR-155" markalı ov tüfəngi və 4 ədəd patron götürülüb.