HADİSƏ

AzTV-nin binasında bədbəxt hadisə baş verib, ölən var

Bədbəxt hadisə nəticəsində Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.
Sputnik

BAKI, 25 dekabr - Sputnik. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.

Allah rəhmət eləsin!