SƏHİYYƏ

Ermənistanda koronavirusdan ölənlərin sayı 2700-ü keçdi

Ermənistanda son gündə daha 19 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2733-ə çatıb. Xəstəlikdən sağalanların sayı 137815 nəfər olub.
Sputnik

BAKI, 25 dekabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 156763-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 621 nəfər artıb.

Ermənistanda son gündə daha 19 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2733-ə çatıb. Xəstəlikdən sağalanların sayı 137815 nəfər olub. Hazırda bu ölkədə 15544 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 79,3 milyonu keçib, 1,74 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.