QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

19 illik ömür: Öz adını Vətən tarixinin şanlı səhifələrinə yazdıran şəhid – video

Musa Mustafayev ömrünün 19-cu ilində Suqovuşanın azad edilməsi uğrunda şəhid oldu. İgid qəhrəmanımız ölümdən sonra “Vətən Uğrunda” və “Cəsur Döyüşçü” medalları ilə təltif edilib. Daha ətraflı videomuzda izləyin.
Sputnik

Musa Mustafayev 44 günlük Vətən müharibəsi zamanı öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran şəhidlərimizdən biridir. Ömrünün 19-cu baharında həyatını Vətən uğrunda qurban vermiş qəhrəman Masallı rayonu Xoşçobanlı kəndində doğulub.

Hadrutdakı mühasirəni yarıb əsgərlərini xilas edərkən şəhid düşən kapitan

Ailəsi və doğmaları onu həmişə tərbiyəli, gülərüz və cəsarətli insan kimi xatırlayırlar. Musa uşaq yaşlarından əsgər getməyi istəyirdi. Vətəninə xidmət edəcəkdi, müddətdən artıq qalıb hərbçi olacaqdı.

Ötən il iyulda hərbi xidmətə yollanan Musa əlində bayraqla rəqs edirdi. O, bayrağı ailəsinə göz bəbəyi kimi qorumağı tapşırmışdı. Kim bilərdi ki, bir ildən sonra özü də bayrağa bükülü qayıdacaq.

Musa beş bacının tək qardaşı idi. Atasından sonra evin ikinci kişisi, evin yükün daşıyan ikinci şəxs olub. Məhz onun zəhmətkeşliyi, uşaqlıqdan əziyyətə qatlanması onun hərbi xidmətdə Xüsusi Təyinatlı Qoşunlarda xidmət etməsinə gətirib çıxardı. Tovuz döyüşlərində də iştirak edən qəhrəman snayper gülləsinə tuş gələrək Suqovuşan uğrunda şəhid oldu.