CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yaxşı tendensiya: Koronavirusdan ölənlərin və yoluxanların sayı azaldı

İndiyədək ölkədə ümumilikdə 210061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 155886 nəfər müalicə olunaraq sağalıb, 2380 nəfər vəfat edib
Sputnik

BAKI, 24 dekabr — Sputnik. Azərbaycanda koronavirus infeksiyasına 1850 yeni yoluxma faktı qeydə alınıb, 4226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 40 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 210061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 155886 nəfər müalicə olunaraq sağalıb, 2380 nəfər vəfat edib. Hazırda 51795 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13034, bu günə qədər isə ümumilikdə 2115991 test icra olunub.