CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsi gücləndiriləcək

Baş nazir Əli Əsədovun imzaladığı qərar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə qəbul olunub.
Sputnik

BAKI, 24 dekabr — Sputnik. Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası"nı təsdiq edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə qəbul olunub. Təsdiq olunmuş Qaydada "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinin ikinci cümləsinə əsasən, həmin Qanunun 17.4-cü və 44.2-ci maddələrinə uyğun tətbiq edilən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəzinə hesabına köçürülən xidmət haqlarından nazirliyin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə istifadə edilməsi müəyyən olunub.