RUSİYA

"Sputnik V" tozu istehsal ediləcək

"Artıq gələn il ortaya çıxacaq yeni bir forma - liofilizat yerindəcə qarışdırılaraq istifadə edilə biləcək tozdur. Bu daha asan olacaq", - deyə nazir bildirib.
Sputnik

BAKI, 24 dekabr — Sputnik. 2021-ci ildə koronavirusa qarşı "Sputnik V" peyvəndinin toz forması buraxılacaq.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası sənaye və ticarət naziri Denis Manturov məlumat verib.

"Hazırda saxlama temperaturu + 2, + 8 olan sabit bir maye formasının qeydiyyatı tamamlanır. Bu formanı dondurulandan daha az saxlamalı olacaqsınız, amma bu, obyektivdir. Çünki bu yeni peyvənd formasının daşınması və logistikası daha da asan olacaq", - deyə Manturov vurğulayıb.

"Artıq gələn il ortaya çıxacaq yeni bir forma - liofilizat yerindəcə qarışdırılaraq istifadə edilə biləcək tozdur. Bu, daha asan olacaq", - deyə nazir bildirib.

D.Manturov peyvəndlərin qiymətini də açıqlayıb.

Onun sözlərinə görə, hazırda 3 ay müddətinə təsdiqlənmiş qiymət 1942 rubl (43 manat) təşkil edir. Ancaq istehsal genişləndikcə, qiymət daxili bazar üçün də aşağı olacaq.